ABŞ-da bir gündə 5 000-ə yaxın insan koronavirusdan öldü




ABŞ-da son bir gündə 4 934 nəfər koronavirusun qurbanı olub.

"Report" "CNN Türk"ə istinadən xəbər verir ki, bununla da ölkədə pandemiya qurbanlarının sayı 30 990 nəfərə çatıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 2 107 000-i ötüb. Bunların 526 337 nəfəri sağalıb, 136 992 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu