Sergey Markov: “Paşinyan radikallar tərəfindən məhv ediləcəyindən qorxur”




“Rusiya bu qondarma seçkiləri tanımır və Dağlıq Qarabağı Azərbaycanın bir hissəsi hesab edir”.

Bunu “Report”un Rusiya bürosuna müsahibəsində rusiyalı ictimai xadim, politoloq, Siyasi Tədqiqatlar İnstitutunun direktoru Sergey Markov aprelin 14-də Azərbaycanın işğal olunmuş ərazilərində - Dağlıq Qarabağda keçirilmiş “seçkilər”in ikinci mərhələsini şərh edərkən deyib.

“Eyni zamanda, Rusiya Dağlıq Qarabağın taleyinin müəyyənləşdirilməsində həm Ermənistan, həm də Azərbaycan icmalarının iştirak etmələrini tələb edir. Bu müəyyənlik BMT-nin elan etdiyi, Azərbaycan Respublikasının ərazi bütövlüyünü ifadə edən prinsiplərə uyğun olmalıdır. Bu, Rusiyanın mövqeyidir”, - o bildirib.

Rusiyalı politoloqun fikrincə, bu qondarma seçkilər Ermənistanın baş naziri Nikol Paşinyan üçün çox vacib idi: “Paşinyan inqilabi yolla əldə etdiyi hakimiyyətini qorumaq, bundan populyar olmaq üçün istifadə etmək istəyir. Bunun üçün isə iqtisadi artım tələb olunur. İqtisadi artım üçün blokadanın aradan qaldırılması lazımdır. Məhz buna görə Paşinyan Ermənistanın Dağlıq Qarabağ ətrafındakı işğal olunmuş ərazilərin Azərbaycana verilməsini özündə ehtiva edən Kazan formuluna əməl etmək istəyir. Amma o, bunu etməkdən qorxur. Çünki radikallar tərəfindən məhv ediləcəyindən qorxur. Odur ki, Kazan formulu üzrə kompromisə görə siyasi məsuliyyəti Dağlıq Qarabağın erməni icmasının üzərinə daşımağa, istəklərinin siyasi müttəfiqləri tərəfindən ifadə edilməsinə çalışır. Bax buna görə də “seçkilər” onun üçün çox əhəmiyyətli idi”.

Xatırladaq ki, bu il martın 31-də Ermənistanın Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində təşkil etdiyi qanunsuz “seçkilər” beynəlxalq ictimaiyyət tərəfindən kəskin tənqid edilib və qəbul edilməyib.

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova da Rusiyanın Dağlıq Qarabağın müstəqilliyini tanımadığını bildirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az






Diqqətinizi çəkə biləcək digər xəbərlər
menyu
menyu