ABŞ-da koronavirusa yoluxanların sayı 692 mini ötdü




ABŞ-da 36 mindən çox şəxs pandemiyanın qurbanı olub.

“Report”un məlumatına görə, bu barədə federal və yerli statistika, həmçinin başqa məlumatlar əsasında hesablamalar aparan Cons Hopkins Universiteti bildirib.

Universitetin məlumatlarına görə, COVID-19 infeksiyasına yoluxma ilə bağlı təsdiq edilmiş halların sayı 692 169 nəfərə çatıb. Koronavirus daşıyıcısı olan 36 721 nəfər sağalıb.

Bundan əvvəl, ABŞ-ın Nyu-York ştatının qubernatoru Endryu Kuomo son 24 saat ərzində 630 insanın koronavirus infeksiyasından öldüyünü bildirmişdi.

ABŞ hazırda xəstəliyə yoluxma və ölüm hallarının sayı üzrə dünyada birinci yerdədir.

Xatırladaq ki, koronavirus ilk dəfə ötən ilin dekabrında Çinin Uhan şəhərində aşkarlanıb. Hazırda COVID-19 infeksiyası 210 ölkədə və regionda qeydə alınıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu