Məleykə Abbaszadə: “Rezidentura imtahanları auditoriyalarda keçirilə bilər”




“Hazırda gözləyirik ki, magistratura təhsili üçün dövlətin elan etdiyi vakant yerlər elan olunsun”.

APA-nın məlumatına görə, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə keçirdiyi onlayn mətbuat konfransında bildirib.

DİM sədri əlavə edib ki, magistratura pilləsində ixtisas seçiminin edilməsini gözləyirlər: “Hazırda qabiliyyət məsələsi də qalıb. Bunun onlayn və ya offline keçirilməsi müzakirə edilir. Rezidenturada isə iştirakçıların sayı çox deyil, 1000 nəfərə yaxındır. Bu imtahanların offline variantda - auditoriyalarda keçirilməsi müzakirə olunur. Hazırda konkret tarix elan etmək çətindir. Qərargahın qərarından, bizim də müəyyən təşkilatlarla müzakirələrimizdən sonra qərarlarımızı elan edəcəyik”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu