KİVDF-də aparılan islahatlar, maliyyə məsələləri...
"İstəlinən qurumun bütün istiqamətlər üzrə fəaliyyəti, o cümlədən maliyyə məsələləri şəffaf olmalıdır".
Bunu Qaynarinfo-ya açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun (KİVDF) sabiq rəhbəri Vüqar Səfərlinin fəaliyyəti ilə bağlı aparılacaq yoxlamalardan danışarkən deyib.
Onun sözlərinə görə, demokratik idarəetmə şəffaflığı və hesabatlılığı tələb edir:
"Ona görə də hər hansı qurumun fəlaiyyətində mütləq bu faktorlara diqqət yetiriləmlidir. Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondu Azərbaycan Prezidenti tərəfindən yaradılıb və mətbuatımızın inkişaf tarixində yeni bir mərhələ açıb. Azərbaycan Prezidenti milli mətbuata məhz bu şəkildə yardımı olmasaydı, yəqin ki, çap mediasıyla çoxdan vidalaşmış olacaqdıq. Hazırda biz çoxsaylı müharibələrdən danışırıq. Amma eyni zamanda unutmaq olmaz ki, bir informasiya müharibəsi də mövcuddur. İnformasiya müharibəsinin ön cəbhə əsgərləri hər bir xalqın milli mediasıdır. Azərbaycan Prezidenti tərəfindən belə bir qurumun yaradılması şübhəsiz ki, Azərbaycanın informasiya təhlükəsizliyini qorunması üçün olduqca mühüm addım idi".
Hikmət Babaoğlu bildirib ki, hazırda ölkəmizdə keçirilən islahatlar çərçivəsində bu qurumda da yenilənmə baş verir:
"Yeni icraçı direktor təyin edilib, kadr islahatları həyata keçirilir. Bu günün tələbləri və çağırışlarıdır. Bu, şübhəsi ki, yüksək qiymətləndirilməli hadisədir. Qurumun fəaliyyətinin şəffaflığı istiqamətində atılan bütün addımlar təqdirəlayiqdir və yüksək qiymətləndirilir".