Milli Məclisdə "böyük təmizlik": Sabiq məmur övladları yola salınır




Milli Məclisin sədri Sahibə Qafarova vaxtilə parlamentdə işə götürülmüş bır sıra sabiq məmurların övladlarını və yaxınlarını vəzifələrindən azad edib.



Yenicag.az-a daxil olan məlumata görə, eks-spiker Oktay Əsədovun 15 illik sədrliyi dönəmində Milli Məclisdə müxtəlif vəzifələrə yerləşdirilən vəzifəli şəxslərin övladları ilə yollar bir-bir ayrılır.

Qeyd olunur ki, Milli Məclisin yeni sədri Sahibə Qafarova parlamentin dəhlizlərində lovğa-lovğa gəzməkdən başqa heç nəyə yaramayan "gül bala”ları gənc və savadlı kadrlarla əvəzləyir.

Məlumata görə, Gəncə şəhərinin sabiq icra başçısı Elmar Vəliyevin oğlu Elmir Vəliyev, keçmiş nəqliyyat naziri Ziya Məmmədovun qardaşı Elton Məmmədovun oğlu Aynar Məmmədov, deputat İlham Məmmədovun oğlu Tural Məmmədov və o kateqoriyadan olan daha bir neçə şəxs Milli Məclisdən uzaqlaşdırılıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu