Türkiyənin tanınmış aktyoru vəfat etdi
Uzun müddətdir ağciyərindəki xronik xəstəlikdən əziyyət çəkən tanınmış aktyor Umut Demirdelen dünyasını dəyişib.
“Report” “CNN Türk”ə istinadən xəbər verir ki, bu barədə məlumatı teatr aktyoru Nedim Sabah verib.
“Təəssüf ki, bir saat öncə dünyasını dəyişdi. Uzun müddət idi ki, ağciyərindəki problemlə mübarizə aparırdı. Başımız sağ olsun”.
Qeyd edək ki, 67 yaşlı aktyor "Üvey Baba", "En Son Babalar Duyar", "Sırlar Dünyası", "Avrupa Yakası", "Kadın İsterse", "Yalancı Yarim", "Yaprak Dökümü", "Kurtlar Vadisi Pusu", "Zincir Bozan", "Kurşun Bilal", "Söz", "Payitaht Abdülhamit" kimi bir çox film və seriallarda rol alıb.