Bakıda avtomobillə polis və hərbçini vuran şəxsə cinayət işi başlanıldı




Bakıda polis və hərbi qulluqçunu avtomobillə vuran B.Abbasovun cinayət işi üzrə araşdırmalar davam etdirilir.

Bu barədə AFN-ə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumat verib.

Bildirilib ki, fakt üzrə Cinayət Məcəlləsinin 263.1-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb.

Qeyd edək ki, rəsimi məlumata əsasən, aprelin 19-u saat 22 radələrində xüsusi karantin rejimi ilə əlaqədar Nəsimi rayonunun Bakıxanov küçəsində quraşdırılmış postda Bakı şəhər sakini B.Abbasov idarə etdiyi “London Taxi” markalı avtomobillə orada xidmət aparan Nəsimi Rayon Polis İdarəsinin əməkdaşı X.Allahverdiyevi və DİN Daxili Qoşunlarında xidmət edən R.Bəxtiyarlını vurub.

Onlar DİN-in Hospitalına yerləşdiriliblər.

Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində B.Abbasov saxlanılıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu