“Əgər dövlət 3 milyonu Çovdarova halal edibsə, mən də halal edirəm”
"Bakı metropoliteni”nin sabiq sədri Tağı Əhmədov ondan 3 milyon manat rüşvət alan Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi Akif Çovdarovun həbsdə azad olunmasına münasibət bildirib.
T.Əhmədov Unikal.org "Akif Çovdarov azadlığa çıxıb, 3 milyonunuzu ondan geri alacaqsınızmı?” sualına belə cavab verib:
"Birincisi, Akif Çovdarovdan pulu mən tələb etmirəm. İkincisi, onunla görüşmək və sifətini görmək niyyətim də yoxdur. Əgər dövlətimiz o pulu ona halal eləyibsə, məndə ona halal edirəm. Üçüncüsü də onun məndən aldığı pulu dövlət alıb, geri qaytarmalıdır. Akif kimdir ki, mən onunla görüşüb, pulumu tələb edim?”.