Lerikdə vəzifəli şəxsin özünü güllələməsi faktı ilə bağlı cinayət işi başlanıb




Lerik Rayon İcra Hakimiyyətinin İctimai-Siyasi və Humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Qalib Quliyevin özünü öldürməsi faktı ilə bağlı cinayət işi başlanıb.

Lerik rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, zərruri istintaq tədbirləri həyata keçirilir.

Qeyd edək ki, 1977-ci il təvəllüdlü Qalib Quliyev ötən gün saat 12 radələrində ov tüfəngi ilə özünü güllələyib. Onun meyiti evinin yaxınlığında tapılıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu