Kürdəmirdə yol qəzası oldu




Kürdəmirdə avtomobil qəzası baş verib.

“Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə Ağsu-Kürdəmir-İmişli yolunun rayonun Sor-Sor kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Zərdab sakini Həmid Həmidlinin idarə etdiyi “Niva” markalı avtomobil yolda hərəkətdə olarkən qəfildən qarşısına çıxan camışı vurub. Nəticədə avtomobil yoldan çıxaraq aşıb. Hadisə zamanı xəsarət alan olmasa da avtomobilə ciddi ziyan dəyib.

Fakt araşdırılır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu