Azərbaycanda COVİD-19-a yoluxmanın 52,1 faizi Bakının payına düşür




Azərbaycanda COVİD-19 virusa yoluxmanın 52,1 faizi Bakının payına düşür.

APA-nın məlumatına görə, bu barədə bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.

O qeyd edib ki, COVİD-19 virusa yoluxmanın 6,88%-i Aran, 8,28%-i Lənkəran, 5,54%-i Abşeron, 7,62%-i Gəncə-Qazax, 2,40%-i Quba-Xaçmaz, 1,07%-i Yuxarı Qarabağ, 1,27%-i Şəki-Zaqatala, 1,4%-i Dağlıq Şirvan, 0,27%-i Naxçıvanın payına düşür.

R. Bayramlı vurğulayıb ki, aşkarlanan yoluxma hallarının 13,16%-i xaricdən idxaldır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu