Bu şəxslərin Koronavirusa yoluxmaq ehtimalı yoxdur
Qaynarinfo medicina.az-a istinadən xəbər verir ki, Berlindəki Charite klinikasının bir qrup tədqiqatçısı, apardıqları araşdırmalardan sonra bu nəticəyə gəliblər.
Mütəxəssislər, T-limfositləri araşdırıblar. Yeni koronavirusa yoluxan xəstələrin və hələ infeksiya aşkarlanmayan insanların hər ikisinin hüceyrələri tədqiq edilmişdir.
Sonuncu qrupdakı xəstələrin üçdə birində, SARS-CoV-2 ilə heç vaxt təmasda olmadıqlarına baxmayaraq, bədən yeni bir növ koronavirusu tanıyıb.
Drostenin sözlərinə görə, bu, bəzi xəstələrin əvvəllər müxtəlif infeksiyon xəstəliklərə yoluxması ilə bağlı ola bilər.
Eyni zamanda, alim tələsik nəticələrə qarşı da xəbərdarlıq edib. Onun sözlərinə görə, heç bir şəkildə əhalinin üçdə birinin COVID-19 immuniteti olduğunu deyə bilmərik.