"Azərişıq" smart-kart balansının yüklənməsində yeni üsula aydınlıq gətirib




Bu ilin iyun ayından başlayaraq "Azərişıq” ASC-nin abunəçiləri sayğacların smart-kartının balansını mobil qurğu vasitəsilə yükləyə biləcəklər.



Bu barədə "Azərişıq” ASC-dən bildiriblər.

Qeyd olunub ki, smart-kartın doldurulması üçün abunəçilərə "card reader” (xüsusi kart oxuyucusu) laızm olacaq. Bu qurğu vasitəsilə balansı təkcə mobil qurğularla deyil, həm də kompüterlə artırmaq mümkün olacaq.

Şirkətdən bildiriblər ki, yaxın zamanlarda ASC-nin yeni mobil tətbiqi vasitəsilə digər ödəmələrin də həyata keçirilməsi imkanı yaranacaq:

"Abunəçilər öz telefon nömrələrini "Azərişıq” ASC-nin mobil tətbiqində qeydiyyatdan keçirə və NFC sistemi vasitəsilə ödəmələr edə biləcəklər. Bu zaman vəsait mobil nömrənin balansından çıxılacaq”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu