ÜST: Dünyada COVID-19 qurbanlarının sayı 202 mini ötdü
Dünyada koronavirusa yoluxanların sayı 2 954 222 nəfərdir.
“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb.
Təşkilatın məlumatına görə, dünyada 202,5 mindən çox insan pandemiyanın qurbanı olub.
Qeyd edilir ki, son bir gün ərzində virusa 76 mindən çox yeni yoluxma və 3 932 ölüm qeydə alınıb.
Koronavirusa yoluxma hallarının əksəriyyəti Avropada qeydə alınıb. Köhnə qitədə 1 386 693 nəfər COVID-19 infeksiyasına yoluxub, 126 mindən çox insan ölüb.
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.