İpoteka və Kredit Zəmanət Fondu ötən il 19 milyon manata yaxın mənfəət əldə edib




İpoteka və Kredit Zəmanət Fondu (İKZF) 2019-cu ili 18,7 milyon manat mənfəətlə başa vurub. Halbuki, Fond 2018-ci ildən 19,5 milyon manat xalis mənfəətlə çıxmışdı.

"Report" xəbər verir ki, ötən il İKZF-nin faiz gəlirləri 45 milyon manat (əvvəlki illə müqayisədə 6,3% az), faiz xərcləri 18,8 milyon manat (8,1% çox), dəyərsizləşmə üzrə zərəri 376 min manat (50,7% az), haqq və komissiya gəlirləri 363 min manat (42,7% az), haqq və komissiya xərcləri 1,1 milyon manat (41,3% çox), digər gəlirləri 930 min manat (12,9% çox), insan resursları üzrə xərcləri 4,5 milyon manat (26,1% çox), inzibati və digər xərcləri isə 2,7 milyon manat (18,4% çox) təşkil edib.

Bu il yanvarın 1-nə İKZF-nin aktivləri 1 436,2 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 10,6% çoxdur. Bunun 998,2 milyon manatı ipoteka kreditləridir. 2019-cu ildə Fondun kredit portfeli 12,6% böyüyüb.

Hesabat dövründə İKZF-nin öhdəlikləri 2,1% artaraq 754,4 milyon manata, o cümlədən buraxdığı borc qiymətli kağızlarının dəyəri 5,4% artaraq 730,2 milyon manata, balans kapitalı isə 22,3% artaraq 651,8 milyon manata, o cümlədən nizamnamə kapitalı 21,5% artaraq 566 milyon manata çatıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu