DTX-nın həbs etdiyi icra başçısı ilə bağlı qərar verildi
Biləsuvar Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Mahir Quliyev barəsində məhkəmə qərar verib.
"Qafqazinfo"nun verdiyi xəbərə görə, istintaqın təqdimatı ilə Səbail Rayon Məhkəməsinin hakimi Anar Tanrıverdiyevin qərarı ilə Mahir Quliyev barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Onunla birlikdə bir neçə şəxsin də saxlanıldığı bildirilir.
Qeyd edək ki, M. Quliyev Dövlət Təhlükəsizlik Xidmətinin keçirdiyi əməliyyat nəticəsində saxlanılıb.
Xatırladaq ki, Mahir Quliyev Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncamla tutduğu vəzifədən azad edilib.