Bu gündən balıq ovuna moratorium qüvvəyə minir




Balıqların kürütökmə dövrü ilə əlaqədar 1 may 2020-ci il tarixindən balıq ovuna 4 aylıq moratorium qüvvəyə minir.



Balıq ovuna qoyulan moratorium sentyabrın 1-dək davam edəcək və balıq ovu ilə məşğul olan hər kəsi bu müddətdə balıq ovlamamağa, balıq ehtiyatlarının artımının qarşısını alan bütün hərəkətlərdən imtina etməyə dəvət edirik.

İcazəsiz balıq ovunun qarşısının alınması və balıqların kürütökmə dövrü ilə əlaqədar maneələrin aradan qaldırılması məqsədilə ölkənin daxili su hövzələrində növbəti nəzarət tədbirləri həyata keçirilib.

Son günlər keçirilən reydlər nəticəsində istifadəsi qadağan edilən 9537 metr uzunluğunda sintetik tor, 2928 ədəd qadağan olunmuş müxtəlif ov aləti müsadirə olunub və bu faktlar üzrə bütün sübutlar yerində aktlaşdırılb, təqsirkarların müəyyən edilməsi üçün toplanmış materiallar Su Nəqliyyatında Polis İdarəsinə göndərilib”.

Nəzarət tədbirləri ölkənin bütün sututarlarında, o cümlədən Xəzər dənizində davam etdiriləcək.

Balıq ovu ilə məşğul olan bütün fiziki və hüquqi şəxsləri moratoriumun qüvvədə olduğu dövrdə balıq ovlanmasından imtinaya və qaydalara əməl etməyə çağırırıq.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu