Azərbaycanda pambıq və tütün istehsalçıları subsidiyanı yeni qaydalarla alacaqlar




Prezident İlham Əliyev "Pambıqçılığın inkişafına dair 2017–2022-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” 13 iyul 2017-ci il tarixli və “Tütünçülüyün inkişafına dair 2017–2021-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında" 10 avqust 2017-ci il tarixli sərəncamlarında dəyişiklik edib.

"Report" xəbər verir ki, dövlət başçısının bununla bağlı imzaladığı sərəncama əsasən, aqrar sahədə tətbiq edilən dəstək tədbirləri ilə bağlı yeni mexanizmin formalaşdırılması, bu sahədə hesabatlılığın, şəffaflığın və büdcə vəsaitlərindən səmərəli istifadənin təmin edilməsi, müraciətlərin sadələşdirilməsi və elektronlaşdırılması məqsədilə pambıq istehsalçılarına ölkə prezidentinin 27 iyun 2019-cu tarixli fərmanı ilə təsdiq edilmiş “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası”na uyğun olaraq subsidiya veriləcək.

Bundan başqa, ölkədə tütünçülüyün inkişafına dövlət dəstəyinin gücləndirilməsi, bu sahənin potensial imkanlarından səmərəli istifadə edilməsi və tütün istehsalı ilə məşğul olan əhalinin sosial rifahının daha da yaxşılaşdırılması məqsədilə tütün emalı ilə məşğul olan hüquqi şəxslər və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti həyata keçirən fiziki şəxslər də sözügedən qaydaya uyğun olaraq subsidiya alacaqlar.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu