Fransada koronavirusdan ölənlərin sayı 24 mini ötdü




Fransada bir gün ərzində koronavirusdan ölənlərin sayı daha 166 nəfər artıb.

“Report”un məlumatına görə, bu barədə ölkənin Səhiyyə Nazirliyi bildirib.

Qeyd edilir ki, ölkədə epidemiyanın başlanğıcından ölənlərin sayı 24 760 nəfərə çatıb. Rəsmi məlumata görə, onların 15,5 mini xəstəxanalarda ölüb, daha 9,2 min ölüm ictimai-tibbi müəssisələrdə qeydə alınıb.

"Martın 1-dən biz COVID-19-la bağlı 24 760 ölümə ağlayırıq", - rəsmi məlumatda deyilir. Qeyd edilir ki, xəstəxanalarda 15 487 insan, qocalar evlərində 9 273 nəfər vəfat edib.

Fransada koronavirus epidemiyasına görə 17 martdan təcridetmə rejimi tətbiq olunub.

Koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 212 ölkə və bölgədə qeydə alınıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu