Ölkənin baş infeksionistindən çağırış: “Yumşalmalar ləvg edilsin”




"Operativ Qərargahın qaydalarına əməl olunmasa, tədbirlər yenidən sərtləşdirilə və yumşalmalar ləvg edilə bilər".

Bunu Qaynarinfo-ya açıqlamasında ölkənin baş infeksionisti Cəlal İsayev iki gündür Azərbaycanda koronavirus infeksiyasına yoluxan xəstələrin sayında olan artıma münasibət bildirərkən deyib.

İnfeksionist bunun səbəbini vətəndaşların verilən tövsiyyələrə əməl etməməsində görür:

"Mayın 5-də koronavirusa yoluxanlarının sayının kəskin artmasına səbəb vətəndaşların verilən tövsiyyələrə əməl etməməsidir. Aprelin 27-dın sonra Azərbaycanda vəziyyət stabilləşmişdi. Hamı da bundan sevinirdi ki, may ayında virusa yoluxanların sayında azalma müşahidə olunar və ayın sonuna yaxın da hissə-hissə karantindən çıxarıq. Amma görürsünüz ki, rejimə əməl edən yoxdur, tövsiyyələrə məhəl qoymurlar. Əhalinin bir hissəsinə işə çıxmasına icazə verilib. İşə gedənlərlə yanaşı SMS-lə icazə alıb evdən çıxanlar da var. Onlar 3 saat müddətində ictimai nəqliyyatdan istifadə edirlər. Avtobusda isə maska taxmırlar, ara məsafə gözləmirlər. Bütün bunlar bir başa xəstələrin sayının artmasına səbəb olur. Məsələn, o gün bankın qarşısında böyük növbənin şahidi oldum. Vətəndaşlar bir-birinin üstündə, üstəlik də heç biri maska taxmayıb”.

Cəlal İsayevin insanları vəziyyəti başa düşməyə çağırıb:

"Əgər biz yay mövsümünü rahat keçirmək istəyiriksə, qərargahın verdiyi tövsiyyələrə əməl etməliyik. Əməl olunmasa tədbirlər ola bilər ki, yenidən sərtləşdirilsin və yumşalmalar ləvg edilsin”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu