Yasamalda mübahisə bıçaqlanma ilə nəticələndi




Bakıda bıçaqlanma hadisəsi baş verib.

“Report” xəbər verir ki, hadisə paytaxtın Yasamal rayonu ərazisində qeydə alınıb.

Belə ki, 1994-cü il təvəllüdlü Həsənov Orxan Fərman oğlu Yasamal parkında mübahisə etdiyi şəxs tərəfindən bıçaqlanıb.

Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb, müayinə zamanı onun sol çiyin nahiyəsində bir ədəd kəsilmiş-deşilmiş bıçaq yarası aşkarlanıb.

O. Həsənov əməliyyat olunub.

Faktla bağlı Yasamal Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu