Azərbaycanda sosial yardım 1 il müddətinə təyin ediləcək
Azərbaycanda sosial yardımın təyin olunması müddəti 2 ildən 1 ilə endirilir.
Bununla bağlı “Ünvanlı dövlət sosial yardımı haqqında” qanunun 8-ci maddəsinə (Sosial yardımın təyin olunması müddəti) dəyişiklik təklif edilir.
Dəyişikliklə sosial yardım onu almaq üçün müraciət edilən ayın 1-dən etibarən 1 il müddətinə təyin olunacaq.
Qanunun mövcud varinatında isə sosial yardım onu almaq üçün müraciət edilən ayın 1-dən etibarən 2 il müddətinə təyin olunur.
Qanuna dəyişiklik layihəsi Milli Məclisin yaxın günlərdə keçiriləcək iclasında müzakirəyə çıxarılacaq.