Professor: "Bu xəstə sağalsa belə ömrü boyu normal adam olmayacaq" - FOTO
"Koronavirus infeksiyasına yoluxan xəstənin ağ ciyəririnin şəklini çəkmişəm. Ağ ciyərlərdə buzlu şüşə sindromu müşahidə olunur”.
Bunu Qaynarinfo-ya açıqlamasında professor Adil Qeybulla deyib.
Professor COVID-19 virusuna yoluxan xəstələrdən birinin ağ ciyərinin fotosunu çəkib:
"Virusun törətdiyi atipik pnevmoniyadır. Ağ ciyərlərdə buzlu şüşə sindromu. Hər dəfə istər mətbuatda, istərsə də sosial şəbəkədə xəstəlik haqqında məlumat verirəm. Ötən dəfə sosial şəhifə istifadəçilərindən biri xəstəliklə bağlı şərhimin altından "Olmayan xəstəlik haqqında yazırsınız” yazıb. Bəziləri xəstəliyə qarşı çox məsuliyyətsizdir. Virusa yoluxan xəstənin ciyərlərinin fotosunu çəkdim. Baxın, bu xəstə sağalsa belə ömrü boyu normal adam olmayacaq, həmişə tənginəfəs, el arasında "yarı can” deyirik buna”.
Adil Qeybulla vətəndaşları bu xəstəliyə ciddi yanaşmağı tövsiyyə edib.