DSX-nin rəis müavini həbs edildi




Dövlət Təhlükəsizliyi Xidməti (DTX) və Baş Prokurorluğun Mətbuat xidmətləri birgə məlumat yayıb.

DTX-nin İctimai əlaqələr şöbəsindən AFN-ə daxilı olan məlumatda bildirilir:

"Məlumat verildiyi kimi, Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluq tərəfindən həyata keçirilmiş birgə əməliyyat-istintaq tədbirləri nəticəsində Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin (DSX) Sahil Mühafizəsinin vəzifəli şəxslərinin qanunazidd əməllərinin qarşısı alınıb.

Faktla bağlı Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində başlanılmış cinayət işi üzrə DSX-nin rəis müavini general-leytenant Nağıyev Əfqan Vəli oğlu, DSX-nin yüksək rütbəli hərbi qulluqçuları və mülki şəxslər şübhəli şəxs qismində saxlanılıblar.

Hazırda araşdırmalar davam etdirilir. İctimaiyyətə əlavə məlumat veriləcək".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu