Azərbaycanda 1 753 tibb işçisi səfərbər edilib




"Azərbaycanda koronavirusla əlaqəli tibb müəssisələrində çalışmaq üçün 1 753 tibb işçisi səfərbər edilib. Onlardan 720 nəfəri tibb bacısıdır".

Bunu “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.

TƏBİB sədri bildirib ki, modul tipli xəstəxanalar üçün də heyət hazırlanır: "Virusla mübarizə üçün tibbi heyətin 3000 min nəfərə çatdırılması planlaşdırılır".

O qeyd edib ki, məhdudiyyətlərin aradan qaldırılmasından sonrakı mərhələ təhlil edilir: "Bundan sonrakı mərhələ üçün qərarlar qəbul ediləcək".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu