Rafiq Manaflı Milli Şuradan istefa verdi
Vətəndaş Həmrəyliyi Partiyası (VHP) Ali Məclisinin sədri Rafiq Manaflı Milli Şuranın Koordinasiya Mərkəzinin üzvlüyündən istefa verib.
AFN-in məlumatına görə, R.Manaflı bu barədə özünün “Facebook” hesabında yazıb.
O, bəyanatında istefanın səbəbi barədə açıqlama vermək istəmədiyini vurğulayıb.
Qeyd edək ki, mayın 14-də Milli Şuranın Koordinasiya Mərkəzinin digər üzvü Eldəniz Quliyev də istefa verib.