Azərbaycanda bulvar və parklara girişə icazə verildi




Azərbaycanda bulvar, park və istirahət məkanlarına girişə qoyulan qadağa aradan qaldırılıb.

AFN xəbər verir ki, bununla bağlı Nazirlər Kabineti yanında Operativ Qərargah mayın 15-də qərar verib.

Mövcud sanitar-epidemioloji vəziyyət, aktiv xəstə sayı və yoluxma sürəti əsas götürülməklə, 18 may 2020-ci il saat 00:00-dan etibarən Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonu üzrə bulvar, park və istirahət məkanlarına girişə tətbiq olunan məhdudiyyət 10 nəfərdən artıq qruplarda cəmləşməmək şərti ilə götürülüb.

Qeyd edək ki, yeni növ koronavirus (COVID-19) infeksiyası ilə bağlı Azərbaycandakı sanitar-epidemioloji vəziyyət, ölkə əhalisi arasında virusa yoluxanların ümumi sayı və xəstələrin sağalma dinamikası nəzərə alınaraq, xüsusi karantin rejimi çərçivəsində tətbiq edilən məhdudiyyətlərin daha bir qismi bu gündən yumşaldılıb.

Xatırladaq ki, mayın 4-dən Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonu istisna olmaqla respublikanın digər rayon və şəhərlərində, eləcə də Naxçıvan Muxtar Respublikasında bulvar, park və istirahət məkanlarına girişə tətbiq olunan məhdudiyyət götürülüb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu