Yaşı 8-dən yuxarı olan uşaqlar I sinfə necə qəbul ola bilər? - QAYDALAR




Yaşı 8-dən yuxarı olan uşaqlar Təhsil nazirinin 29.05.2014-cü il tarixli, 645 nömrəli əmri ilə təsdiq edilmiş “Fərdi təhsilin təşkili haqqında Qaydalar”ın tələblərinə uyğun olaraq fərdi təhsilə cəlb olunurlar.

AFN Təhsil Nazirliyinə istinadən xəbər verir ki, yaşı 8-dən yuxarı olan uşaqların valideynləri www.mektebeqebul.edu.az saytında qeydiyyatdan keçdikdən sonra 01.06.2020-ci il tarixindən həftənin II və IV günləri yaşayış yerindən arayış, 2 ədəd 3x4 rəngli fotoşəkil, valideynin (və ya qanuni nümayəndənin) və uşağın şəxsiyyətini təsdiq edən sənəd, ehtiyac yaranarsa, sağlamlıq haqqında arayışla (forma 26U) yerli təhsili idarəetmə orqanlarında yaradılmış müvafiq komissiyaya müraciət etməlidir.

Valideynlərə həmin komissiyaya uşağı da özləri ilə gətirmələri tövsiyə olunur.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu