DİN-dən vətəndaşlara və jurnalistlərə MÜRACİƏT
Daxili İşlər Nazirliyi Kütləvi İnformasiya Vasitələrinə müraciət edib.
AFN xəbər verir ki, qurumun mətbuat xidmətinin rəhbəri Ehsan Zahidov vətəndaşlara, o cümlədən jurnalistlərə məlumatı dəqiqləşdirməyi məsləhət bilib.
“Kütləvi informasiya vasitələrinin nümayəndələrindən və sosial şəbəkə istifadəçilərindən xahiş edirəm ki, daxili işlər orqanları əməkdaşlarının, o cümlədən Daxili Qoşunların hərbi qulluqçularının xidməti fəaliyyətinə dair qeyri-rəsmi mənbələrdən əldə etdikləri məlumatları, anonim çəkilmiş foto-video görüntüləri Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti ilə dəqiqləşdirsinlər.
Hesab edirəm ki, razılaşdırılmış, rəsmi münasibət bildirilmiş məlumatların, foto-videoların çapı KİV ilə DİN-in Mətbuat Xidməti arasında olan işgüzar əlaqələrin inkişafı, eləcə də ictimaiyyət üçün daha faydalı ola bilər. Əminəm ki, hörmətli media nümayəndələri və sosial şəbəkələrdə aktiv olan vətəndaşlarımız mənim bu müraciətimi anlayışla qarşılayacaqlar”, - deyə Ehsan Zahidov bildirib.