Nizamlanan yol kəsişmələrində piyada seksiyaları quraşdırılır
Hər zaman piyada təhlükəsizliyini və rahatlığını ön planda tutan Bakı Nəqliyyat Agentliyi tərəfindən vətəndaşlarda xüsusi narahatlıq doğuran daha bir çatışmazlığın aradan qaldırılması istiqamətində işlərə başlanılıb. Belə ki, qurumdan AFN-ə verilən məlumata görə, hazırda nizamlanan yol kəsişmələrində mövcud svetofor obyektlərinin üzərinə piyada seksiyaları (bölmə) quraşdırılmaqdadır.
Artıq 28 May küçəsinin Keykab xanım Səfərəliyeva, A.Puşkin və R.Zorge küçələri ilə, Nizami küçəsinin isə Keykab xanım Səfərəliyeva və A.Puşkin küçələri ilə kəsişmələrində bu istiqamətdə görülən işlər icra edilmişdir. Məqsəd, piyada təhlükəsizliyinin maksimum həddə çatdırılması, vətəndaş məmnuniyyətinin təmin olunmasıdır.