ATV-nin koronavirusa yoluxan əməkdaşı ilə bağlı TV-dən açıqlama




“Əməkdaşımız istiliyi olduğu üçün həkimə müraciət edib. Bu zaman ondan test götürülüb. Testin ilkin nəticəsi pozitiv çıxıb”.

Bu sözləri “Azad Azərbaycan”ın İcraçı direktoru İsmayıl Həsənov kanalın Xəbərlər Departamentinin müxbiri Mahmud Rövşənoğlunun koronavirusa yoluxması ilə bağlı “Qafqazinfo”ya açıqlamasında deyib.

O bildirib ki, jurnalist hazırda karantin şəraitindədir.

“Bildiyiniz kimi test bir neçə dəfə aparılır. Hazırda karantinə götürülüb. Vəziyyəti normaldır. Danışmışıq, səhhətində hər hansı bir ağırlaşma yoxdur. Testin ikinci cavabını gözləyirik və ümid edirik ki, əməkdaşımızın testinin ikinci nəticəsi neqativ çıxacaq.

Virusa hansı şəraitdə yoluxduğu bilinmir. İnsanlar tək işdə olmur, şəhərdə, müxtəlif yerlərdə olur. Demək olmaz ki, iş başında yoluxub. Yalnız sözügedən əməkdaşımız karantinə yerləşdirilib".

İsmayıl Həsənov “Azad Azərbaycan” şirkətində pandemiya dövründə mütəmadi olaraq dezinfeksiya işləri aparıldığını da qeyd edib:

"Əməkdaşlarımızın sosial izolyasiya qaydalarına əməl olunmasına diqqət edirik. KİV əməkdaşları da risk qurupunda fəaliyyət göstərənlərdən sayılır. Bir daha xatırladıram ki, pozitiv çıxan ilkin nəticədir və ümid edirik ki, əməkdaşımızın ikinci nəticəsi neqativ çıxacaq”.

Qeyd edək ki, unikal.org saytı Mahmud Rövşənoğlunun koronavirusa yoluxduğu üçün ATU-nun Tədris Cərrahiyyə klinikasına yerləşdirildiyi barədə xəbər yayıb. Məlumatda o da qeyd olunub ki, müxbirlə çəkilişdə olan operator Heydər Məmmədov da "Atletlər kəndi"ndə karantinə götürülüb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu