Kəmaləddin Heydərov yolayrıcında qəzaya düşdü - ANBAAN VİDEO




Nazirin sürücüsü qırmızıdan keçmək istəyib

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov yol qəzasına düşüb. Nazir dünən günorta saatlarında Azadlıq prospekti ilə Bakıxanov küçəsinin kəsişməsində xidməti maşını qəzaya düşüb. Mühafizəçilər dərhal naziri başqa bir maşına əyləşdirərək hadisə yerindən uzaqlaşdırıblar. Qəzanın videosu yayılıb. Videoada görünür ki, 90 AA 900 nömrə nişanlı “Mercedes” markalı avtomobil işıqforun qırmızə işığından keçərək "Maserati” markalı avtomobillə toqquşur. Zərbənin gücündən təhlükəsiz yastıqları açılır.

Qəza videosu nazir Kəmaləddin Heydərovun həmin avtomobilin yanında dayanmış başqa bir avtomobilə əyləşməsilə davam edir. Maraqlıdır ki, videoda nazirin qəzaya düşdüyü avtomobildən düşməsi görünmür. O hissədə video kəsilib. Bu da nazirin həqiqətən qəzaya düşən avtomobildə olmasına müəyyən şübhələr yaradır.

Həmin görüntüləri təqdim edirik: (Bakupost)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu