10 yaşlı uşaq: “Xahiş edirəm ki, cənab Prezident həmin məmurlara bunları da öyrətsin...”




Dağlıq Qarabağ 30 ildən çoxdur erməni işğalı altındadır. Azərbaycan 30 ildən çoxdur danışıqlar yolu ilə rəsmi İrəvandan işğal altında olan torpaqlarımızı geri qaytarmaq üçün səy göstərir. Mən siyasətdən anlamıram. Çünki hələ dördüncü sinifdə oxuyuram. Amma Xocalı soyqrımını törətmiş, insanlıqdan kənar olan ermənilərlə sizcə danışıqlar aparmaq nə qədər mümkündür? Baxın, bunu başa düşmürəm..



Mənim kimi bu gün sizə bu cümlələri yaza biləcək bilirsiniz nə qədər uşaq erməni terroruna məruz qalıb? Onlar öz yurd-yuvalarında ermənilər tərəfindən qətlə yetirilib. Mən bu gün bunları sizə ermənilər tərəfindən qətlə yetirilən, o kiçik soydaşlarımızın xatirəsi adına yazıram. Hesab edirəm ki, bu mənim borcumdur. Axı mənim cəmi 10 yaşım var və əsgər kimi Vətənin keşiyində də durmağa yaşım hələ çatmır.

Amma tez-tez xəbərlərə baxıram. Ermənistan xəbərlərini oxuyuram. Azərbaycanın işğal altında olan torpaqlarında ermənilərin kef etdiyini görəndə, qoca nənə və babalarımızın Dağlıq Qarabağın həsrəti ilə öldüyünü eşidəndə çox pis oluram.

Bunlar azmış kimi, Azərbaycanda Ermənistanda istehsal olunmuş məhsulların satışını görəndə, erməni iqtisadiyyatına dəstək olmaq adına səy göstərən məmurların olduğunu biləndə, məyus oluram.

Axı bizim minlərlə şəhidlərimizin axıdılan qanlarının qisası hələ alınmayıb… Azərbaycanın hər bölgəsində bir şəhidlər xiyabanı var. Hər bir şəhid isə erməni gülləsi ilə qətlə yetirilib. Sadəcə bircə Bakı şəhərində yer çatmadığı üçün ikinci şəhidlər xiyabanı da açdılar… Bu bilirsiniz nə deməkdir?

O qədər çox Azərbaycan əsgərinin pandemiyadan deyil, sadəcə erməni gülləsi ilə qətlə yetirilməsi deməkdir.

Qarşıdan 1 iyun, Beynəlxalq Uşaqlar bayarmı günü gəlir. Anam danışardı, bəzən video görüntülərə də baxıb görərdim ki, Azərbaycanın Atatürkü hesab edilən Heydər Əliyev uşaqların bayramında uşaqların arzularını həyata keçirərdi. Mən Heydər babanı görə bilmədim. Onu sadəcə rəsmlərdən, kitablardan və video görüntülərdən tanıyıram. Amma bilirəm ki, hörmətli prezident İlham Əliyev mənim bu müraciətimə laqeyid qalmayacaq.

Ermənistanın yeni rəhbərliyinin Dağlıq Qarabağda ora həsrətlə baxan baba və nənələrimizə acıq verərək, sərgilədikləri səhnəciyə gərəkli cavabın verilməsini gələcəyin əsgəri kimi çox istəyirəm.

Anam mənə izinsiz heç kimin heç nəyinə toxunmaq olmaz deyərdi. Amma bir çox məmurlar var ki, görünür onlar bunu bilmir. Həmin məmurlara indi bunu cənab Prezident öyrədir.

Anam mənə kimliyindən asılı olmayaraq, erməni bizim düşmanımızdır, deyir. Amma bir çox məmurlara görünür bunu da deməyiblər. İndi xahiş edirəm ki, cənab Prezident həmin məmurlara bunu da, öyrətsin. Çünki həmin məmurlar Ermənistan məhsulunu Azərbaycanda satıb Ermənistana xeyir verirlər. Onlar da həmin pula silah alıb, Azərbaycan əsgərlərini öldürülər…

Azərbaycanın gələcək əsgəri: Fərhad Musazadə



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu