Son 1 il ərzində “Nar”ın 4G istifadəçilərinin sayı 66% artıb




Hər zaman abunəçilərini yüksəkkeyfiyyətli və kəsintisiz internetlə təmin edən “Nar”ın 4G istifadəçilərinin sayı 2020-ci ilin birinci rübündə ötən ilin müvafiq dövrü ilə müqayisədə 66% artıb.



Mobil operatorun təqdim etdiyi sərfəli internet paketləri sayəsində internet trafikinin həcmində 51% artım qeydə alınıb. Qeyd edək ki, artıma bütün ölkə ərazisində LTE/LTE-A texnologiyalı baza stansiyalarının quraşdırılması, smartfon penetrasiyasının artımı, eləcə də müştərilərin internetə olan ehtiyaclarını qarşılamaq məqsədilə təqdim edilən məhsullar təsir edib.
Abunəçilərini yüksəkkeyfiyyətli və sürətli 4G şəbəkəsi ilə təmin etmək məqsədilə “Nar”, cari ilin ilk üç ayı ərzində paytaxtda və regionlarda əhatə dairəsini genişləndirməyə davam edib. Belə ki, 2020-ci ilin birinci rübü ərzində ölkə ərazisində 50-yə yaxın 3G və 4G/4.5G baza stansiyası quraşdırılıb. Müştərilərinə hər zaman kəsintisiz və sürətli internet təcrübəsi təqdim edən “Nar”ın 4G istifadəçilərinin sayı 1 milyonu ötüb. Hazırda mobil operatorun 4G istifadəçilərin sayı Bakı üzrə 67%, regionlar üzrə isə 33% təşkil edir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu