Bakıda yeni açılan "Dəniz Mall"un içərisindən görüntülər - FOTO




Azərbaycanın və Qafqazın böyük ticarət mərkəzlərindən biri olan "Dəniz Mall" bu gündən fəaliyyətə başlayıb.

ticarət mərkəzinə daxil olarkən koronavirus pandemiyası ilə əlaqədar xüsusi karantin rejiminə əməl edilməlidir:

"Çox böyük məmnuniyyətlə nəzərinizə çatdırırıq ki, "Dəniz Mall" 1 iyundan fəaliyyətə başlayır. Sizdən ticarət mərkəzinə daxil olarkən koronavirus pandemiyası ilə əlaqədar xüsusi karantin rejiminə əməl etməyinizi, insanlarla məsafə saxlamağı və maskalardan istifadə etməyi xahiş edirik.

Qeyd edək ki, ticarət mərkəzində yerləşən kinoteatr, əyləncə mərkəzləri və bütün iaşə obyektləri Nazirlər Kabinetinin yanında operativ qərargahın qərarına əsasən, bir müddət daha fəaliyyət göstərməyəcək".

"Dəniz Mall" Dənizkənarı Bulvarın ərazisində yerləşir.

Ticarət mərkəzinin qeyri-adi dizaynı Azərbaycan gerbinin səkkizgüşəli ulduzundan ilhamlanmış londonlu dizayner Çapman Teylor tərəfindən qurulub.










AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu