DGK nümayəndəsi: “May ayı ən gərgin aylardan biri olub”
“Cari ildə son 5 ay və may ayı ən gərgin aylardan biri olub”.
“Report” xəbər verir ki, Dövlət Gömrük Komitəsinin Gömrük Tariflərinin Tənzimlənməsi və Ödənişlər Baş İdarəsinin rəisi Mirqasım Vahabov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında deyib.
O xatırladıb ki, may ayında 10 gündən artıq qeyri-iş günü olub:
“Buna baxmayaraq, gömrük əməkdaşları komitə sədri tərəfindən növbəlilik əsasında işə cəlb olunub. Xarici iqtisadi fəaliyyət iştirakçıları üçün heç bir problem yaranmayıb. Ölkəyə idxal olunan malların rəsmiləşdirilməsi həyata keçirilib”.