Rusiya və Türkiyə koronavirus vaksinini birlikdə yaradacaq




Rusiya və Türkiyə COVID-19 əleyhinə dərman və vaksinin yaradılması üzərində birgə iş aparacaqlar.

“Report” xəbər verir ki, bu barədə Rusiya Federasiyasının Səhiyyə Nazirliyinin başçısı Mixail Muraşko ilə danışıqların nəticəsinə əsasən Türkiyənin Səhiyyə naziri Fahrettin Koca bildirib.

"Mən həmkarım, Rusiyanın səhiyyə naziri Mixail Muraşko ilə danışıqlar apardım. Muraşko qeyd etdi ki, onlar özləri bizim COVID-19-a qarşı tətbiq etdiyimiz müalicənin uğurunu görürlər. Danışıqların gedişatında nazirliklərimizin müəssisələrinin dərmanların və vaksinlərin yaradılması üzərində birlikdə işləmələri barədə qərar qəbul etdik", - Türkiyənin Səhiyyə naziri özünün "Twitter"dəki səhifəsində yazıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu