Əli Əsədov xəbərdarlıq etdi: Bu bölgələrdə də sərt rejim tətbiq olunacaq




"Xəstəliyin yoluxma halları digər şəhər və bölgələrdə artacağı halda, sərt tədbirlər gələcəkdə o bölgələrdə də təkrarən tətbiq olunacaq”.

AFN-in məlumatına görə, bu barədə Baş Nazir Əli Əsədov vətəndaşlara müraciətində bildirib.

Qeyd edək ki, artıq Nazirlər Kabineti yanında Operativ Qərargah aktiv yoluxma hallarındakı artım səbəbindən 6 iyun saat 00:00-dan 8 iyun saat 06:00-dək Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərində və Abşeron rayonunda sərt karantin rejimi tətbiq olunması barədə qərar qəbul edib.

Qərarın icra olunmasına nəzarət Daxili İşlər Nazirliyinə həvalə olunub.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu