Bu gün ictimai nəqliyyat saat neçəyə qədər işləyəcək? - AÇIQLAMA




Sərt karantin rejimi ilə bağlı qərarın qəbul edilməsi əhalidə bir sıra suallar yaradıb.

AFN Qazet.az-a istinadən xəbər verir ki, Baş Nazir Əli Əsədovun "Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinin və Abşeron rayonunun ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə” qərarında nəzərdə tutulan iş və xidmət sahələrində fəaliyyət göstərən şəxslər istisna olmaqla, digər şəxslərin 2020-ci il 6 iyun saat 00:00-dan 8 iyun saat 06:00-dək yaşayış yerlərini və ya olduğu yerləri tərk etməsi qadağan edilir.

BNA-nın mətbuat katibi Mais Ağayev Qazet.az-a açıqlamasında bildirir ki, bu gün gecə saat 23:59-a qədər avtobusların hərəkətində heç bir maneə olmayacaq.

Suallarımızı cavablandıran Bakı Metropoliteninin mətbuat katibi Bəxtiyar Məmmədov isə metronun gecəyə qədər fəaliyyət göstərəcəyini qeyd edib.

Qeyd edək ki, 2020-ci il 6 iyun saat 00:00-dan 8 iyun saat 06:00-dək yaşayış yerlərini və ya olduğu yerləri tərk etməsi qadağan edilir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu