Nəqliyyat könüllüləri sırasına daha 60 nəfər qəbul olunub




Bakı Nəqliyyat Agentliyinin “Nəqliyyat Könüllüləri” proqramına qəbul üzrə onlayn müsahibə mərhələsi başa çatıb. Müraciət edən 144 nəfər namizəddən 60 nəfəri uğur qazanaraq könüllülük proqramına qəbul olunub.



Karantin rejimi şərtləri nəzərə alımaqla yeni könüllülük proqramı tərtib olunacaq və seçilən könüllülər Agentliyin struktur bölmələrində eləcə də tabeli qurumlarında fəaliyyətlərə cəlb olunacaq. Buna qədər isə onlayn tanışlıq konfransı keçiriləcək.

Könüllülərin fəaliyyətləri ilə bağlı yenilik və dəyişikliklər “Nəqliyyat Könüllüləri”nin sosial şəbəkələrdəki rəsmi səhifələrində mütəmadi olaraq yayımlanacaq.

Xatırladaq ki, 2019-ci ildə keçirilən könüllülük proqramı çərçivəsində 60 nəfər iştirak edib. 35 nəfər məzun adını qazanıb, 8 nəfər isə Bakı Nəqliyyat Agentliyində işlə təmin olunub.

Seçilən bütün könüllüləri təbrik edir və fəaliyyətlərində uğurlar arzulayırıq!



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu