Avtomobil kanala aşıb, ər-arvad boğularaq öldü - YENİLƏNİB
Salyanda kanala düşən avtomobilin sürücüsünün kimliyi müəyyənləşib.
AFN APA-ya istinadən xəbər verir ki, Bakı sakini, 1963-cü il təvəllüdlü Əhmədov Qalib Əkbər oğlu idarə etdiyi furqon tipli “Moskviç-412” markalı avtomobili kanala aşırıb.
Nəticədə sürücü və sərnişini - Biləsuvar rayon sakini olan qadın suda boğularaq ölüblər.
Kanalda boğularaq ölən şəxslər ər-arvaddırlar.
***14:18
Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Salyan rayonunun Sarvan kəndində "Moskviç" markalı minik avtomobilinin su kanalına aşması barədə məlumat daxil olub.
Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) BAKU.WS-ə məlumat verilib.
Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin və Muğan Regional Mərkəzinin axtarış-xilasetmə qrupları hadisə yerinə cəlb olunub.
Regional mərkəzin qüvvə və vasitələrinin köməkliyi ilə avtomobil kanaldan çıxarılıb, içərisində aşkarlanan şəxsiyyəti məlum olmayan kişi və qadın meyiti aidiyyəti üzrə təhvil verilib.
Eyni zamanda, xidmətin dalğıc-axtarış qrupu tərəfindən su kanalında axtarış işləri aparılıb.
Əməliyyat başa çatıb.