Azərbaycanda koronavirusa yoluxanların sayı 10 minə çatır




Azərbaycanda indiyədək koronavirus infeksiyasına yoluxanların, infeksiyadan sağalanların və ölənlərin sayı açıqlanıb.



AFN
xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Hazırkı dövrədək ölkəmizdə 9 957 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 5 583 nəfər müalicə olunaraq sağalıb, 119 nəfər vəfat edib, 4 255 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Qeyd edək ki, ölkədə koronavirus infeksiyasına 387 yeni yoluxma faktı qeydə alınıb, 274 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 4 nəfər vəfat edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu