Təzə təyin olunan icra başçısının "Azəriqaz"a 115 min manat borcu var imiş
Azərbaycan Dövlət İqtisad Universitetinin sabiq rektoru, keçmiş deputat Şəmsəddin Hacıyevin qızı Çeşmi Hacıyevanın 115 min manat qazpulu borcu olduğu ortaya çıxıb.
Bununla bağlı məhkəməyə müraciət olunub. AFN xəbər verir ki, bu barədə Meydan TV-yə “Azəriqaz”dakı mənbə məlumat verib. Bakı Kommersiya Məhkəməsindən də məlumatı təsdiqləyiblər.
Çeşmi Hacıyeva bu yaxınlarda Ağstafaya icra başçısı təyin olunmuş Seymur Orucovun həyat yoldaşıdır. Borc icra başçısının ailəsinin biznes fəaliyyətilə əlaqədardır.