Həftəsonu Bakı metrosunun fəaliyyəti dayandırılır? - RƏSMİ AÇIQLAMA
Koronavirus pandemiyası dövründə Bakı metropolitininin fəaliyyəti birbaşa Operativ Qərərgahın qəbul edəcəyi qərardan asılıdır.
Bu barədə "Bakı Metropoliteni"nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov BAKU.WS-ə açıqlamasında bildirib. Onun sözlərinə görə, əgər bu həftə sonu da sərtləşdirilmiş xüsusi karantin rejimi tətbiq olunarsa, digər ictimai nəqliyyat kimi Bakı metrosu da fəaliyyətini dayandıracaq.
“Hələlik nə metrosunun, nə də digər ictimai nəqliyyatın fəaliyyətilə bağlı hansısa qərar yoxdur”, - deyə B.Məmmədov bildirib.
Qeyd edək ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı Operativ Qərargahın iyunun 9-da keçirilən brifinqində çıxışı zamanı deyib ki, cümə və şənbə günü (19 və 20 iyun) sərt karantin tətbiq edilməsi, bazar günü isə vətəndaşların istirahəti üçün saxlanılması təklif edilib. Lakin bununla bağlı hansısa qərar verilməyib.