Portaldakı icazə yalnız işə gedib-gəlmək üçündür




“İcazə portalı fəaliyyətinə icazə verilən sahələrin qurumlarının əməkdaşları üçündür”.



Bunu “ASAN Xidmət”in rəhbəri Ülvi Mehdiyev deyib.

O bildirib ki, bu icazə sadəcə işə gəlmək və işdən getmək üçündür: “SMS icazə sistemi isə digər vətəndaşların zəruri ehtiyacları üçündür. Vətəndaşlardan xahiş edirik ki, qaydalara uyğun olmayan mətnlərlə sistemi məşğul etməsinlər. Aprel ayında göndərilən SMS-lərin 60 faizi qaydalara uyğun olmayan mətnlər idi. Bununla da sistemi yükləyirdilər və həqiqətən ehtiyacı olanlara cavab verilməsinə problem yaradırdılar.

Qaydalara uyğun olmayan mətnlər göndərənləri hüquqi məsuliyyət gözləyir. Mən vətəndaşları qorxutmaq istəmirəm, amma qanun bu tələbi tətbiq edə bilər. Aprel ayında bir gün ərzində təxminən 1 milyon sorğu cavablandırılırdı”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu