Sərt karantin rejimində apteklərdə onlayn çatdırılma xidməti necə təşkil olunub?




Koronavirusla əlaqəədar ölkədə bir çox sahədə, o cümlədən apteklərdə onlayn satış xidməti təşkil olunub.



AFN xəbər verir ki, sərtləşdirilmiş karantin rejiminə riayət edən vətəndaşlar lazım olan dərman preparatlarını bayıra çıxmadan sifariş edirlər.

Karantin rejiminin sərtləşdirilməsi nəzərə alınaraq bir çox apteklərdə onlayn sifariş sistemi işə düşüb. Onlayn çatdırılma xidməti göstərən bir çox apteklərdə sifarişi sayt vasitəsilə də etmək mümkündür. Votsap nömrələrindən də sifarişlər qəbul olunur.

Çatdırılma bəzi apteklərdə pulsuz olsa da, bəzilərində ödənişlidir. Ödəniş isə ünvandan asılı olaraq görə dəyişir. Sifariş 1-2 saat ərzində, təcili olmadıqda isə günün sonunadən ünvana çatdırılır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu