Koronavirusa yoluxan jurnalistlər xəstəxanaya köçürüldü




Koronavirusa yoluxmuş və ötən gün Atletlər kəndinə yerləşdirilmiş bacı-qardaş jurnalistlər -“Palitra” qəzetinin əməkdaşı Nigar Abdullayeva və Cebhe.info xəbər portalı, "Cümhuriyət" qəzetinin müxbiri Müşfiq Abdulla, habelə onun həyat yoldaşı 1 saylı Klinik Mərkəzə (Semaşko) köçürülüb.



Bu barədə Cebhe.info-ya Müşfiq Abdulla özü məlumat verib.

Jurnalistin sözlərinə görə, “Cümhuriyət” qəzetinin baş redaktoru Rəfail Becanov, Mətbuat Şurasının sədri Əflatin Amaşov və millət vəkili Qənirə Paşayevanın Tibbi Ərazi Bölmələri İdarəetmə Birliyinə (TƏBİB) xüsusi müraciətlərindən sonra TƏBİB hər üçünün sözügedən xəstəxanaya yerləşdirilməsinə göstəriş verib: “Bu dəqiqələrdə 1 saylı klinik xəstəxanaya gətirildik. Bu məsələdə xüsusi həssalıq nümayiş etdirən çalışdığım mətbuat orqanlarının baş redaktoru Rəfail Becanova, deputat Qənirə Paşayevaya və Mətbuat Şurasının sədri Əflatun Amaşova özüm və ailəm adından təşəkkürümü bildirirəm. İnanıram ki, hər şey yaxşı olacaq və biz yenidən sağlamlığımıza qovuşacağıq”.

Qeyd edək ki, Cebhe.info xəbər portalı və “Cumhuriyət” qəzetinin əməkdaşı Müşfiq Abdulla, bacısı, “Palitra” qəzetinin əməkdaşı, Prezident tərəfindən “Tərəqqi” medalı ilə təltif olunmuş Nigar Abdullayevanın koronavirus testləri bir neçə gün əvvəl pozitiv çıxıb.

Bu səbəblə onlar ötən gün TƏBİB-ə müraciət ediblər. Qurumdan onların xəstəxanaya yerləşdiriləcəkləri bildirilib. Lakin gələn təcili tibbi yardım hər iki jurnalisti və Müşfiq Abdullanın həyat yoldaşını Atletlər kəndinə apararaq orada karantinə yerləşdirib. Orada isə xəstələrə heç bir tibbi xidmət göstərilməyib. Jurnalistlərin isə durumu ağırlaşıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu