Hande Harmancı Qubaya səfərindən danışdı
“Rayonlara gediş-gəlişə bağlı icazə verilib-verilməməsi hökumətin qərarıdır”.
“Report” xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəsi Hande Harmancı Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.
ÜST rəsmisi Qubaya səfər etməsindən də danışıb:
“Həmin gün rayonda qadağa yox idi. Həm də mən insanların arasında deyildim”.