Milli Məclis maska cəriməsini ona görə artırdı ki... - ŞƏRH




Milli Məclisin bugünkü iclasında İnzibati Xətalar Məcəlləsinə dəyişiklik layihəsi qəbul edilib. Dəyişikliyə görə, bundan sonra epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər və hüquqi şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə fiziki şəxslər 100 manat məbləğində, vəzifəli şəxslər 200 manat məbləğində, hüquqi şəxslər 400 manat məbləğində cərimə ediləcək.



İqtisadçı alim Qubad İbadoğlu MM-in qərarını şərh edərkən bildirib ki, hazırda tibbi maska istehsalı ilə gündəlik istehsal gücü 200-250 min olan “Bakı Tekstil Fabriki” MMC və gündəlik istehsal gücü 300 min olan “Gilan Tekstil Park” MMC məşğuldur: “Bakı Tekstil Fabriki” investisiya xərcləri 3,9 milyon manat olduğu bildirilsə də “Gilan Tekstil Park” MMC-nin istehsalının neçəyə başa gəldiyi açıqlanmır. Görünən odur ki, iki müəssisə birlikdə hər gün 500 min ətrafında tibbi maska istehsal edir və hər iki müəssisənin anbarları tibbi maska ilə doludur. Satış zəifdir. Yeni cərimələr satışın artırılması hesabına əhalinin tibbi maskalardan istifadə səviyyəsinin yüksəldilməsinə hesablanıb. Amma gerçəkdən ictimai yerlərdə maska taxmaq vacibdir".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu